İspaniya çempionatında lider dəyişdi
Tarix: 25-11-2018 23:56 | Bölmə: İdman
İspaniya  çempionatında lider dəyişdi

İspaniya çempionatında 13-cü turun nəticələrinə görə lider dəyişib.

Reyting.az xəbər verir ki, “Sevilya” öz meydanında “Valyadolid”i minimal hesabla məğlub edərək “Barselona” və Madridin “Atletiko” klublarını keçib.

“Sevilya”nın bu qələbədən sonra 26 xalı var.

Qələbə qolunu birinci hissədə portuqaliyalı Andre Silva vurub.

Xatırladaq ki, turun mərkəzi oyununda “Barselona” və “Atletiko” 1:1 oynayıb.

Kataloniya klubu hazırda 25 xalla ikinci sıradadır, madridlilər 24 xalla üçüncüdür.

Bu turda “Elbar”a 3:0 hesabı ilə uduzan “Real” 20 xalla 6-cı yerdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər