23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
İtaliyalı yarımmüdafiəçi "Yuventus"a qayıdacaq - Səbəb
Tarix: 19-02-2017 14:45 | Bölmə: İdman

 

Amerikanın "Nyu-York Siti" klubunun 37 yaşlı italiyalı yarımmüdafiəçisi Andrea Pirlo vətəninə qayıdacaq.

Reyting.az "Report"a istinadla xəbər verir ki, keçmiş komandası"Yuventus" ona klubun səfiri vəzifəsini təklif edib.

Bəzi məlumatlara görə, oyunçu MLS komandası ilə müqaviləsini uzatmayacaq. Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi cari ilin sonunda başa çatır. Ehtimal olunur ki, 2006-cı ilin dünya çempionu yeni işinə 2018-ci ilin yanvarında başlayacaq.

Yarımmüdafiəçi 2011-2015-ci illərdə Turin klubunun şərəfini qoruyub. O, "Qoca senyora"nın heyətində dördqat İtaliya çempionu olub.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}