“Çelsi”nin müdafiəçisi: “Biz “Qarabağ”a qeyri-ciddi yanaşmırıq”
Tarix: 10-09-2017 11:58 | Bölmə: İdman
“Çelsi”nin müdafiəçisi:  “Biz “Qarabağ”a qeyri-ciddi yanaşmırıq”

Cəzası səbəbindən Premyer Liqanın son turlarının oyunlarını buraxan “Çelsi”nin mərkəz müdafiəçisi Qari Kehil “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında komandasına kömək edə bilər.

Reyting.az saytı qol.az-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri məlumat yayıb. Qəzetə müsahibəsində özünü qarşıdakı görüşə hazır sayan Kehil bildirib ki, “Çelsi” qitənin ən nüfuzlu yarışında oynamağa layiqdir:

“Mən çox şadam ki, komandam yenidən həmin yarışda çıxış edəcək. Əlimizdən gələni edəcəyik ki, bizim üçün mümkün olan ən yüksək uğura nail olaq. Səbirsizliklə meydana çıxacağım günü gözləyir və səylə məşq edirəm”.

31 yaşlı futbolçu “Qarabağ” barədə də danışıb: “Belə bir yarışda oynamaq hüququ əldə ediblər. Ona görə də biz rəqibimizə qeyri-ciddi yanaşmırıq”.

Qeyd edək ki, Çempionlar Liqasının C qrupunun “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}