Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
Tarix: 17-01-2018 20:02 | Bölmə: İdman
Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”

"Qarabağ" Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubuyla 2:2 hesablı heç-heçə edib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda klubun rəsmi saytında bildirib ki, belə sürətli oyun gözləmirdim:

"Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər. Düzdür, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}