"Qarabağ"ın ev oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək - Dəyişiklik
Tarix: 08-09-2018 13:06 | Bölmə: İdman
"Qarabağ"ın ev oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib.

UEFA Ağdam klubunun ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, UEFA bundan əvvəl "Qarabağ"ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlamışdı. Bundan sonra Ağdam klubu çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi.

"Qarabağ"ın Avroliqada ilk ev görüşü oktyabrın 4-də İngiltərənin "Arsenal" komandası ilə olacaq.

Xatırladaq ki, Avropa Liqasının finalı da 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}