"Qarabağ” komandası rəqibinə qalib gəlib - Hesab
Tarix: 24-09-2018 00:11 | Bölmə: İdman
"Qarabağ” komandası rəqibinə qalib gəlib

Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Turun son matçında "Qarabağ” "Qəbələ”ni qəbul edib.

Ağdam təmsilçisi rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Bununla da xalını 10-a yüksəldən və bir oyunu ehtiyatda olan "Qarabağ” ikinci pillədədir. "Qəbələ” isə 4 xalla 6-cı yerdə qərar tutub.

"Qarabağ” - "Qəbələ” - 4:1

Qollar: Abdullah Zubir, 30 (1:0), Araz Abdullayev, 45+1 (2:0), Con Delarj, 61 (3:0), Abdullah Zubir, 72 (4:0), Rasim Ramaldanov, 90 (4:1)

Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 90+2 ("Qəbələ”).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}