23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Maliyyə Palatası QHT-ləri problemlə üzləşdirib - Müraciət
Tarix: 26-04-2017 14:02 | Bölmə: Xəbərlər


Yüzlərlə Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzindən Reyting.az-a verilən məlumata görə, buna səbəb, son günlər bankların Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən QHT-lərə göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırmasıdır. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə QHT-nin ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər yaranıb. Buna səbəb isə "Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsidir. Yəni, Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 dekabr 2016-cı il tarixli "Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edərək banklara ünvanladığı məktubun icrası nəticəsində yaranmış problemlərdir.

Müraciətdə qeyd olunur ki, QHT-lər 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər:

"Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb”.

Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.

 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}