18:12 / 14-11-2018
Yerevanda atışma
Dünyanın ən nüfuzlu yəhudi din xadimi Azərbaycandakı tolerantlıqdan danışdı - Fotolar
Tarix: 06-11-2018 14:23 | Bölmə: Mədəniyyət
Dünyanın ən nüfuzlu yəhudi din xadimi Azərbaycandakı tolerantlıqdan danışdı

“Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.

Reyting.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, görüşdə mərkəzin fəaliyyəti, dinlərarası dialoqun dərinləşməsində rolu, həyata keçiridiyi layihələrlə bağlı müzakirələr aparılıb.

Dünyanın ən nüfuzlu yəhudi din xadimi Azərbaycandakı tolerantlıqdan danışdı

Mərkəzin təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumlarının xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət etdiyi vurğulanıb. Azərbaycanda çoxəsrlik tolerantlıq ənənlərinin yəhudi və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rola malik olduğu qeyd olunub.

Azərbaycanın antisemitizm meyillərinin heç vaxt özünə yer tapmadığı nadir ölkələrdən biri olduğu qeyd edilib. ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində sinaqoqa hücumun bütün dünya tərəfindən qınağa tuş gəldiyi vurğulanıb. Belə bir həssas dövrdə mərkəzin müxtəlif konfessiyalar arasında birlik və həmrəylik ideyalarını təbliğ etməsinin təqdirəlayiq olduğu bidirilib.

Dünyanın ən nüfuzlu yəhudi din xadimi Azərbaycandakı tolerantlıqdan danışdı

“Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biiri hesab olunur. 50 ildən çoxdur fəaliyyət göstərən “Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondu müxtəlif dinlər arasında sözdə və əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideyalarını təbliğ edir. Fondda dünyanın tanınmış liderləri və din xadimləri, nüfuzlu siyasətçilər, dövlət adamları təmsil olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər