14:36 / 14-10-2017
Su, su, su!!!
Teatrda həftəsonu 5 tamaşa nümayiş olunacaq - Siyahı
Tarix: 05-04-2017 14:19 | Bölmə: Mədəniyyət


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, 7, 8, 9 aprel tarixlərində saat 12.00 və 19.00-da "Silva” (İ. Kalman), "Düyməcik” (H.K. Andersen), "Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyni adlı pyesi əsasında), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi) tamaşaları təqdim olunacaq.

Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Fatma Mahmudova, Şükufə Yusupova, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Almaz Ələsgərli, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, İlham Hüseynov, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvinenko, Nadejda Povelitsina, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Yuliya Heydərova, Əliməmməd Novruzov, Telnaz Hüseynova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Əmrah Dadaşov, Fərid Rzayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Nahid İsgəndərzadə, Cəlalə Novruzlu, Murad Əliyev, Fidan Babayeva, teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 7 aprel tarixində saat 19.00-da İ. Kalmanın "Silva” operettası böyüklər, 8 aprel tarixində saat 12.00-da H.K. Anderseninn "Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” əsəri 10 aprel tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.




243 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər