Partiya sədri: "Deputatları ifşa etmək lazımdır"
Tarix: 21-11-2016 13:29 | Bölmə: Siyasət / Xəbərlər

Son günlər bəzi deputatların aldıqları maaşdan narazılıq etməsi cəmiyyətdə müsbət qarşılanmayıb.

Eləbu səbəbdən də, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəzi millət vəkillərini kəskin tənqid edib. H.Hacıyev deyib ki, həmin deputatlardan ilk olaraq onu soruşmaq lazımdır ki, sizin yüz milyonluq obyektləriniz hardandır: "O deputatlar elə etməsinlər ki, hamısının yüzminlik mülklərinin adını sadalayım. O deputatlar bəzi məmurlar kimi rüşvətin içində itib-batırlar. Deputat səlahiyyətlərindən sui-istifadə edirlər. Onların milyardları var. Ona-buna "xox" gəlməklə, nazirlərin qapılarını kəsməklə özlərinə dövlətin içində dövlət qurublar. Düşünmürlər ki, 270 manat maaş alan işçi, 250 manat alan həkim, yaxud da ki 70 manat alan təqaüdçü neynəsin? Razı deyillərsə, hamısı mandatlarını qoysun yerə, çıxıb getsinlər ölkədən".

Partiya sədrinin sözlərinə görə, deputatlar maaşdan əlavə "paket" də alırlar: "Onların maaşı 2000 manatla bitmir. Əksəriyyətinin zavodu, fabriki, şərikli biznesləri var. Ağlamağa əsasları yoxdu. Sadəcə olaraq, gözə kül üfürürlər. Onlar bir gün bütün bunlara görə hesab verəcəklər. Rayonlardakı böyük fermalar, parniklər, böyük bizneslər onlara baxır. Məsələn, Hadi Rəcəblini gördünüz, Lənkəranın yarısını alıb. Orada hoteli var. Öz heykəlini də o hotelin qabağında qoydurub”.

Partiya sədri qeyd edib ki, deputatların əksəriyyətinin dənizdə də mülkləri var. "Yəni bu adamlar Azərbaycanın sərvətlərini öz aralarında bölüşdürüblər. Qudurğanlıqları göz qabağındadır. Ona görə də narazı olmamalıdırlar. Düz danışmırlar. Hamısını ifşa etmək lazımdır",-deyə H.Hacıyev bildirib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}