Milli Məclisin növbədənkənar iclaslarının vaxtı açıqlanıb
Tarix: 04-06-2018 12:12 | Bölmə: Siyasət / Xəbərlər
Milli Məclisin növbədənkənar iclaslarının vaxtı açıqlanıb

Milli Məclisin iyun ayındakı 2 növbədənkənar iclasının vaxtı bəlli olub.

Milli Məclisin iyun ayındakı ilk növbədənkənar iclası iyunun 12-də keçiriləcək.

Daha sonra ikinci iclas iyunun 29-da baş tutacaq.

Həmçinin bildirilib ki, gündəlikdə olan məsələlərin sayı çox olduğundan ola bilər ki, 3-cü növbədənkənar iclas da keçirilsin.

Qeyd edək ki, Milli Məclisin daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.(Modern.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}