Nazirlik əməkdaşları cinayət məsuliyyətinə cəlb edildi - Səbəb
Tarix: 03-04-2019 13:28 | Bölmə: Slayd
Nazirlik əməkdaşları cinayət məsuliyyətinə cəlb edildi

Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin dövlət büdcəsindən ayrılan vəsaitin əsassız yerə xərcləməsi faktı üzrə cinayət işi başlanıb.

Reyting.az bildirir ki, bu fakt üzrə şöbənin əməkdaşı Rəhim Cəfərov cinayət məsuliyyətinə cəlb edilib.

O, vəzifə saxtakarlığı və xeyli miqdarda mənimsəmədə ittiham edilir.

Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, dövlət büdcəsinin Salyan rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı, Mədəniyyət Nazirliyinin Salyan rayon Mədəniyyət və Turizm Şöbəsinin, dövlət büdcəsindən ayrılan vəsaitin əsassız yerə xərclədiyi aşkar edilib.

Həmin şöbənin müdiri Toğrul Cavadov barəsində də eyni ittihamla cinayət işi başlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}