ABŞ süni intellektli robotlarla döyüş eksperimentləri keçirir
Tarix: 09-03-2024 00:12 | Bölmə: Cəmiyyət
ABŞ süni intellektli robotlarla döyüş eksperimentləri keçirir

ABŞ ordusu süni intellektli robotlarla döyüş eksperimentləri aparır, onları məsləhətçi kimi hazırlayır və bu, münaqişələrdə yeni dövr açacaq.

Reyting.az
xəbər verir ki, internet dünyaya yeni səhifə açdığı kimi, süni intellektə malik robotlar da həyatı kökündən dəyişə bilər.

Hər sahədə istifadə edilən və “hər şeyi bilən” süni intellektli robotların artıq “müharibə məsləhətçisi” kimi istifadə edilməsi planlaşdırılır.

“The Sun” qəzetinin yazdığına görə, ABŞ ordusu süni intellektli robotlarla döyüş eksperimentləri keçirir və onları münaqişə üzrə məsləhətçi kimi hazırlayır. Bu çərçivədə süni intellektin döyüş video oyununun da sınaqdan keçirildiyi bildirilir. ABŞ ordusunun döyüş oyunu simulyasiyasında “uğurlu döyüş məsləhətləri” üçün süni intellektli chatbotlara təlim keçdiyi məlumdur.

Məlumata görə, bu təcrübə ABŞ ordusunun tədqiqat laboratoriyasında aparılıb. ABŞ ordusunda mütəxəssislər tərəfindən bu şəkildə süni intellekt yetişdirilməsinin döyüş planlarının müvəffəqiyyətini artıracağı düşünülür.

Qeyd olunur ki, döyüş simulyasiya oyununda təlim süni intellektdən məsləhət almaq əsasında keçirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}