Məşhur aktyoru cinsi təcavüzə görə həbs etmək istəyirlər
Tarix: 29-04-2024 13:37 | Bölmə: Cəmiyyət
Məşhur aktyoru cinsi təcavüzə görə həbs etmək istəyirlər

Parisdə fransız aktyor Jerar Depardye cinsi təcavüzə görə həbs oluna bilər. Bu barədə BFMTV kanalı məlumat yayıb.

Reyting.az
telekanala istinadla xəbər verir ki, polis komissarlığı kino ulduzunu dindirməyə çağırıb.

J. Depardyenin adı cinsi təcavüz haqqında iki epizodda keçir. Hər iki insident kino çəkilişi meydançasında baş verib: 2014 və 2021-ci illərdə.

Aktyorun ittihamları 2024-cü ilin fevralında məlum olub.

Onu da qeyd edək ki, bundan əvvəl ispan jurnalist Rut Basa aktyoru zorakılıqda ittiham etmişdi. Jurnalist bildirmişdi ki, 1995-ci ildə aktyor “Cinemania” jurnalına müsahibə verərkən onu sıxışdırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}