23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Cəlilabadda mal-qara oğruları saxlanılıb
Tarix: 30-04-2024 09:35 | Bölmə: Cəmiyyət
Cəlilabadda mal-qara oğruları saxlanılıb

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.

Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}