09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Vəzifəli şəxsin oğlunun yandırdığı qadın ölüb
Tarix: 30-04-2024 11:25 | Bölmə: Cəmiyyət
Vəzifəli şəxsin oğlunun yandırdığı qadın ölüb

Tovuz rayonunda üzərinə benzin tökülərək yandırılan qadın ölüb.

Məlumata görə, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədova dünən Bakı şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur(Unikal.org).




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq