20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Polis cinayəti araşdırmaq əvəzinə şikayətçini ittiham edir
Tarix: 30-04-2024 12:31 | Bölmə: Cəmiyyət
Polis cinayəti araşdırmaq əvəzinə şikayətçini ittiham edir

Rusiyanın paytaxtında qəribə hadisə baş verib. Moskva şəhərinin sakini olan şəxs polisə şikayətində bildirib ki, dünən gecəyarı döyülüb və qarət edilib. Buna cavab olaraq polis zərərçəkəni ittiham edib, ona qarşı akt tərtib olunub. Aktda qeyd edilib ki, saç rənginə görə həmin şəxsin Rusiya ordusu sıralarında xidməti təhlükəlidir və o, belə bir görünüş ilə əsgərlərə pis nümunə ola bilər. Döyülən və qarət edilən moskvalıya ordunu “diskreditə etmək” üçün böyük bir protokol tərtib edilib.

Reyting.az
"OVD-İnfo"-ya istinadla xəbər verir ki, Moskvada yerləşən polis idarələrindən birinə şikayətə gələn Stanislav Netesova qarşı saçını mavi, yaşıl, sarı rənglərə boyadığına görə ittiham irəli sürülüb.

S. Netesov barəsində ordunu “diskreditə etmək”, yəni Rusiya İnzibati Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsini əsas götürməklə şikayətçi haqqında inzibati protokol tərtib edilib.

Netesovun hüquq müdafiəçilərinə verdiyi məlumata görə, o, aprelin 28-də döyülməsi, eləcə də qarət olunması barədə ərizə verməkdən ötrü Tverskoy rayonu ərazisində yerləşən polis idarəsinə gəlib. O, polis idarəsinə məlumat verib ki, bir gün əvvəl Moskvanın mərkəzindəki avtobus dayanacağında naməlum şəxslər ona hücum edib, onu döyərək dişini sındırıb və mobil telefonunu oğurlayaraq qaçıblar.

S. Netesov bildirib ki, polis onun saç düzümünü, saçının rəngini Ukraynanı simvolizə etdiyini və Rusiya ordusunu gözdən salmaq cəhdi kimi qiymətləndirib. Məhz buna cavab olaraq onun barəsində protokol tərtib edilib.

Polislər həmçinin Netesovun barmaq izini götürüblər. Eyni zamanda, Netesovun Rusiya ordusu sıralarında xidmətini təhlükəli saysalar da, ona hərbi komissarlığa çağırış vərəqi veriblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər