Şəhid Şöhrət Nuriyev dəfn edilib
Tarix: 22-05-2024 15:24 | Bölmə: Cəmiyyət
Şəhid Şöhrət Nuriyev dəfn edilib

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevlə Ucar rayonunun Əlikənd kəndində keçirilən vida mərasimi başa çatıb.

Məlumata görə, şəhidin nəşi Əlikənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər(Report).




Bölməyə aid digər xəbərlər