20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Gəlinin qohumları bəyi və valideynlərini girov götürüb
Tarix: 22-05-2024 15:34 | Bölmə: Cəmiyyət
Gəlinin qohumları bəyi və valideynlərini girov götürüb

Hindistanın Bihar əyalətində toya gecikən bəy o qədər sərxoş olub ki, gəlin və yaxınları onu tapanda gözlərinə inanmayıblar. Bundan sonra toy təxirə salınıb, mərasimin xərcini ödəmək üçün bəyin valideynləri girov götürülüb.

Reyting.az
xəbər verir ki, gəlin və qohumları toyun keçiriləcəyi şadlıq sarayına gəldikdən sonra Manjit adlı bəy görünməyib.

Qəzəblənən gəlin Manişa Kumarinin ailə üzvləri bəyi axtarışına başlayıb və onu maşında huşsuz vəziyyətdə tapıblar.

Məlumata görə, səhər gəlini salona gətirəndə, bəy hələ də spirtli içkinin təsiri altında olub. Gələcək ərini belə vəziyyətdə görən Manişə Manjitlə evlənməkdən imtina edib. Toy təxirə salındıqdan sonra gəlinin ailəsi xərcləri qarşılamaq üçün bəyi və valideynlərini girov götürüblər.

Gəlinin tərəfini tutan yerli sakinlər də xərcləri ödənilənə bəyi və valideynlərini girov saxlamağa razılaşıblar. Bəyin qohumları gəlinin ailəsinə ödəniləcək məbləği verdikdən sonra Manjit və valideynlərinə nikah evini tərk etməyə icazə verilib.

Girovluqdan azad edilən Manjit deyib ki, dostları ona nəsə veriblər və bundan sonra sərxoş olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər