20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Sabiq deputat: "İcra başçısı villamın qapısını bağlaya bilməz"
Tarix: 22-05-2024 16:42 | Bölmə: Cəmiyyət
Sabiq deputat: "İcra başçısı villamın qapısını bağlaya bilməz"

“Bilgəh qəsəbəsindəki villamın qapısını guya Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev daşla hördürüb. Adil Vəliyev heç vaxt qapımı bağlaya bilməz. Çünki onun bu addımı atmağa səlahiyyəti yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə deyib.

Q. Salahzadə Bilgəh qəsəbəsindəki villası tərəfdə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların villalarının olması barədə məlumata isə belə rekasiya verib:

“Orada kimlərin villasının olduğundan xəbərim yoxdur. İkincisi, məlumatda yazıblar ki, guya mən Bilgəh bələdiyyəsinin sədri olmuşam. Mən heç vaxt Bilgəh bələdiyyəsinin sədri olmamışam! Heç vaxt! Qoy kim nə istəyirsə, yazsın, xətirlərinə dəymə, özləri bilərlər...”

Qeyd: Qalib Salahzadənin villasının qapısının hörülməsi barədə xəbəri Qaynarinfo.az yayıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər