Xocalı rayon tabeliyinə iki məktəb verilib
Tarix: 23-05-2024 15:02 | Bölmə: Cəmiyyət
Xocalı rayon tabeliyinə iki məktəb verilib

Xocalı rayon tabeliyinə iki məktəb verilib.

Məlumata görə, bu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.

Belə ki, “Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb” sözləri “Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi” sözləri ilə əvəz ediləcək.

Bundan başqa “Şuşa rayonu Quşçular kənd tam orta məktəb” bundan sonra “Xocalı rayonu Quşçular kənd tam orta məktəbi” adlandırılacaq(Report).




Bölməyə aid digər xəbərlər