Murad Dadaşov icra başçısının bacanağını işdən çıxarıb
Tarix: 23-05-2024 15:29 | Bölmə: Cəmiyyət
Murad Dadaşov icra başçısının bacanağını işdən çıxarıb

"Xəzər" televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.

Məlumata görə, televiziyanın baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib.

Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla "M Group Production"da bir yerdə çalışıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq-mühafizə orqanlarında çalışıb. O, Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır(Manset.az).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}