12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Çaylarda sel və daşqın təhlükəsi artır - Xəbərdarlıq
Tarix: 10-06-2024 13:30 | Bölmə: Cəmiyyət
Çaylarda sel və daşqın təhlükəsi artır

Respublikamızın çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir.

Reyting.az
-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar Böyük, Kiçik Qafqaz və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq səviyyəsini artırıb.

A. Verdiyev bildirib ki, Şəki rayonu ərazisindən axan Kiş və Goranboy rayonu ərazisindən axan Goran çaylarında sel keçib.

O, ölkə ərazisindəki qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerlərdə durmağı tövsiyə edib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər