Mask: “Nə qədər ki Yer yox olmayıb...”
Tarix: 18-09-2024 07:29 | Bölmə: Cəmiyyət
Mask: “Nə qədər ki Yer yox olmayıb...”

Planetin ən zəngin adamı bəşəriyyəti ulduzlararası səyahətə çağırır.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask özünün “X” hesabında yazı paylaşıb.

İ. Mask qeyd edib ki, bəşəriyyət ulduzlararası səyahəti mənimsəməlidir, əks təqdirdə gələcəkdə Günəşin genişlənməsi və ya asteroidlə toqquşması səbəbindən Yerdə həyat yox ola bilər.

Onun sözlərinə görə, böyük bir kometa Yerlə toqquşaraq, tarixdə bir neçə dəfə olduğu kimi, bütün canlıları məhv edə bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq