16 il həbs cəzasından qaçan şəxs ələ keçib - Foto
Tarix: 19-09-2024 08:13 | Bölmə: Cəmiyyət
16 il həbs cəzasından qaçan şəxs ələ keçib

Türkiyənin Kayseri şəhərində “dələduzluq” və “hüquqdan qaçmaq” ittihamı ilə 16 il 3 ay həbs cəzası alan şəxs evində gizləndiyi yerdə yaxalanıb.

Reyting.az
xəbər verir ki, Kayseri polis idarəsinin əməliyyat qrupları şəxsin saxlanılması məqsədilə əməliyyat keçirib.

Barəsində 16 il həbs cəzası çıxarılan, ancaq hüquq mühakiməsindən qaçan şəxs evinin gizli yerində aşkar edilib.

Adı açıqlanmayan 42 yaşlı şəxs əməliyyatdan sonra həbsxanaya göndərilib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq