Sabahın hava proqnozu açıqlanıb
Tarix: 22-09-2024 12:12 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.




Bölməyə aid digər xəbərlər
20-09-2024, 12:30 Sabah yağış yağacaq
17-09-2024, 12:57 Sabah yağış yağacaq