20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Keçmiş sədrə hökm oxunub - Məhkəmə
Tarix: 23-09-2024 11:32 | Bölmə: Cəmiyyət
Keçmiş sədrə hökm oxunub

Xəzər rayonu Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup bələdiyyə əməkdaşı - Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib. Digər şəxslərə müxtəlif məbləğlərdə cərimə cəzası tətbiq edilib.

Xatırladaq ki, 2023-cü ilin iyul ayında Xəzər rayonu, Şağan Bələdiyyəsinin sədr vəzifəsini icra edən Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər. Sevinc Atayeva Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham olunublar.

Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

S.Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərdən birində direktor müavini vəzifəsində çalışır.

Cinayət işində zərərçəkmiş qismində Xəzər rayonu Şağan bələdiyyəsi və Aydın Əliyev tanınıb(APA)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər