Tələbələrin köçürülməsi prosesi başa çatıb
Tarix: 23-09-2024 14:35 | Bölmə: Cəmiyyət
Tələbələrin köçürülməsi prosesi başa çatıb

2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib.

Reyting.az
xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.

Qeyd edək ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.




Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq