20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Türkiyə–Azərbaycan Universiteti ilə bağlı sərəncam verilib
Tarix: 23-09-2024 15:16 | Bölmə: Cəmiyyət
Türkiyə–Azərbaycan Universiteti ilə bağlı sərəncam verilib

Prezident İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, Sərəncama əsasən, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

2. Müəyyən edilsin ki, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələri:

2.1. tətbiq etdikləri Türkiyə Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malikdirlər;

2.2. maddi-texniki baza imkan verdiyi hallarda Türkiyə–Azərbaycan Universiteti üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Türkiyə–Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayını hər tədris ili üçün müəyyən etsin;

3.2. Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər