Şamaxıda cibgirlik edənlər tutulub
Tarix: 24-09-2024 09:52 | Bölmə: Cəmiyyət
Şamaxıda cibgirlik edənlər tutulub

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Abdullayev və Səlvər Salmanov saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, onların rayon ərazisində yerləşən bazarda zərərçəkənlərdən birinin cibində olan 3400 manatı oğurladıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bu şəxslərin əməllərindən zərər görən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər.




Bölməyə aid digər xəbərlər
25-09-2024, 12:31 Sabah yağış yağacaq