20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Əvəz Zeynallının məhkəmə iclasının vaxtı məlum olub
Tarix: 30-09-2024 12:44 | Bölmə: Cəmiyyət
Əvəz Zeynallının məhkəmə iclasının vaxtı məlum olub

Jurnalistlər - Əvəz Zeynallı və Elnur Şükürovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 18-nə təyin edilib.

Şikayətə hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq(Pravda)

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum ediliblər. Əvəz Zeynallının evində axtarış zamanı götürülmüş 16 min manat dövlət nəfinə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Əvəz Zeynallı Rasim Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Elnur Şükürov da Əvəz Zeynallı ilə birgə mühakimə edilib. O da rüşvət almaqda və dələduzluqda təqsirləndirilir.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər