Tərtərdə döyülən şəxs xəstəxanada ölüb
Tarix: 03-10-2024 09:08 | Bölmə: Cəmiyyət
Tərtərdə döyülən şəxs xəstəxanada ölüb

Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin regional qrupuna istinadla bildirir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}