20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birincidir
Tarix: 07-10-2024 11:30 | Bölmə: Cəmiyyət
Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birincidir

Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mediası Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadla məlumat yayıb.

Onların sözlərinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni immiqrant var ki, bu da Fransadan təxminən 2,5 dəfə çoxdur.

Fransada 300 minə yaxın qeyri-qanuni miqrant var. Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur.

İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni immiqrant La-Manş boğazı boyunca qayıqlarla gəlib ki, bu da eyni dövr üçün 2023-cü ilin göstəricilərindən 5 faiz çoxdur. Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub – bu, bu il üçün rekord yüksək gündəlik göstəricidir.

Xatırladaq ki, Böyük Britaniyada qeyri-qanuni immiqrasiya problemi ölkənin Avropa İttifaqından çıxmasından sonra daha da pisləşib, baxmayaraq ki, bu mövzu “Brexit”in əsas səbəblərindən biri olub. 2018-ci ildən bəri 130 minə yaxın qeyri-qanuni immiqrant Manş boğazını keçərək krallığa daxil olub. İyulun 4-də keçirilən parlament seçkilərindən sonra yaradılmış Leyboristlər partiyası hökuməti Böyük Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Avropa İttifaqı dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər