20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Saxta içki: 21 nəfər ölüb, 4 nəfər kor olub, 81 nəfər isə...
Tarix: 09-10-2024 12:37 | Bölmə: Cəmiyyət
Saxta içki: 21 nəfər ölüb, 4 nəfər kor olub, 81 nəfər isə...

İranın Mazandaran vilayətində 18 kişi və 3 qadın metil spirtindən ağır zəhərlənmə nəticəsində ölüb.

Reyting.az
xəbər verir ki, İran Tələbə Xəbərləri Şəbəkəsinin (SNN) məlumatına görə, Mazandaran tibb idarəsinin rəhbəri Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüklərini təsdiqləyib.

Abbasi deyib ki, metil spirtinin istehlakı korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olur.

Mazandaran Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Rəsul Zafərməndin sözlərinə görə, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

İranlı həkim bildirib ki, ölənlərdən başqa 4 nəfər görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.

Qeyd edək ki, İranda spirtli içki istehlakı və satışı qadağan edildiyi üçün onu ayrı-ayrı şəxslər kustar üsulla hazırlayırlar. Nəticədə içkilər bir çox hallarda insan itkilərinə səbəb olur.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər