Ərəblər Oğuzda avtomobil qəzasına düşüb
Tarix: 14-10-2024 18:02 | Bölmə: Cəmiyyət
Ərəblər Oğuzda avtomobil qəzasına düşüb

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan birinin vətəndaşı olduğu bildirilib(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}