Tibb Universitetinə prorektor təyin olunub
Tarix: 16-10-2024 12:47 | Bölmə: Cəmiyyət
Tibb Universitetinə prorektor təyin olunub

Azərbaycan Tibb Universitetinə (ATU) yeni prorektor təyin olunub.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, tibb elmləri doktoru, radioloq Məlahət Sultanova ali təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru vəzifəsinə gətirilib.

Məlahət Sultanova indiyə qədər Azərbaycan Tibb Universitetinin Şüa diaqnostika kafedrasının müdiri vəzifəsində çalışıb. 

Qeyd edək ki, professor Məlahət Cahangir qızı Sultanova 1990-1996-cı illərdə ATU-da ali tibb təhsili almış və radioloq ixtisasına yiyələnib. O, 1996-1998-ci illərdə Azərbaycan Tibb Universitetində klinik ordinaturada olub, 1998-2012-ci illərdə ATU-da Assistent vəzifəsində çalışıb.

2012-2020-ci illərdə ATU Şüa diaqnostikası kafedrasının dosenti vəzifəsində işləyib.

2020-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru, professor elmi dərəcəsinə yiyələnib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər