19 il əvvəlki sui-qəsd: Telman İsmayılovla bağlı versiya da araşdırılır
Tarix: 09-04-2025 08:36 | Bölmə: Cəmiyyət
19 il əvvəlki sui-qəsd: Telman İsmayılovla bağlı versiya da araşdırılır

Moskva hərbi məhkəməsi müğənni Avraam Russoya sui-qəsd cəhdində təqsirləndirilən Tarxan Yeldukayevi həbsdə saxlayıb.

Reyting.az
bildirir ki, bu barədə jurnalistlərə zərərçəkmişin maraqlarını təmsil edən vəkil Andrey Alyoşkin məlumat verib.

Onun sözlərinə görə, T. Yeldukayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti altı ay uzadılıb.



Vəkil deyib ki, istintaq araşdırmasına görə, Yeldukayev məşhur iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi işləyib. İstintaq onun 2006-cı ildə Abraam Russoya sui-qəsd sifarişini öz şefindən aldığına dair versiyanı yoxlayır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər