Rusiyada xüsusi təyinatlının qətlinə görə 9-cu erməni saxlanıldı
Tarix: 10-06-2019 18:05 | Bölmə: Cəmiyyət
Rusiyada xüsusi təyinatlının qətlinə görə 9-cu erməni saxlanıldı

İstintaq komitəsi keçmiş xüsusi təyinatlı Nikita Belyankinin öldürülməsi işi üzrə doqquzunçu erməninin saxlanıldığını elan edib.

Reyting.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bundan əvvəl saxlanılanların hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

Onların 7-si xuliqanlıqda, biri qətldə ittiham olunur.

Həbs olunanlar bunlardır: Sergey Xodjsanyan (qətldə günahkar bilinir), Hamlet Ayrapetyan, Rudik Manukyan, Artur Akobyan, David Yeqizaryan, Suren Markosyan, Narek Stepanyan və Saak Saakyan.

Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısı Nikita Belyankin Moskva ətrafındakı Krasnoqorskda iyunun 3-də ölüb. O, qızla “Bir Haus” barının yanından keçəndə bir qrupun iki nəfəri döydüyünü görüb.

Belyankin döyüləni müdafiə etməyə cəhd göstərib, onun özünü yerə yıxaraq bıçaqla ürəyindən vurublar. Hücum edənlər hadisə yerindən qaçıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər