16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ağdamın işğalından 26 il ötür
Tarix: 23-07-2019 00:16 | Bölmə: Cəmiyyət
Ağdamın işğalından 26 il ötür

Bu gün Azərbaycanın dilbər guşəsi Ağdam rayonunun işğalından 26 il ötür.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun böyük hissəsi işğal olunub.

Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal altındadır. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu işğalı etməsi nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən minimal ziyan ziyan 992,8 milyon manat dəyərindədir.

Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox insan şəhid olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}