14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan qırıcısı qəzaya düşdü: Xəzərdə pilotun axtarışı gedir - MN məlumat yaydı
Tarix: 25-07-2019 10:50 | Bölmə: Cəmiyyət
Azərbaycan qırıcısı qəzaya düşdü: Xəzərdə pilotun axtarışı gedir - MN məlumat yaydı

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}