18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Məhkəmə Palatanın tələbi ilə daha bir şirkətə qarşı qərar verdi
Tarix: 30-08-2019 14:47 | Bölmə: Cəmiyyət
Məhkəmə Palatanın tələbi ilə daha bir şirkətə qarşı qərar verdi

Suraxanı Rayon Məhkəməsi "Səyyar A” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.

"Report"un xəbərinə görə, şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola əsasən cərimə edilib.

Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

“Səyyar-A” şirkəti 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mətbəx əşyaları və avadanlıqlarının satışı üzrə ixtisaslaşmış şirkət “WEST” məişət avadanlıqlarının Azərbaycana idxal edilməsində eksklüziv hüquqlara malikdir. Şirkətin Bakı baş ofisi ilə yanaşı, Lənkəran, İmişli, Gəncə, Şəki, Xaçmaz filialları və onların əhatəsində olan regionlar daxildir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər