Bakıda ağır qəza: bir ailənin 4 üzvü öldü, yaralılar var
Tarix: 18-11-2019 14:45 | Bölmə: Cəmiyyət
Bakıda ağır qəza: bir ailənin 4 üzvü öldü, yaralılar var

Daxili İşlər Nazirliyi Bakıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xitmətindən Reyting.az-a verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H. Hümbətov və V. Dadaşovun idarə etdikləri "VAZ-2105” və "BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H. Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}