Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub, xəsarət alanlar var
Tarix: 14-01-2020 13:21 | Bölmə: Cəmiyyət
Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub, xəsarət alanlar var

Gürcüstanın Tetritskaro rayonunun Tsintsxaro kəndində yaşayan azərbaycanlılar və svanlar (gürcülərin subetnik qrupu – red.) arasında kütləvi dava olub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bir neçə gün öncə baş verən insident nəticəsində üç nəfər xəsarət alıb. İkisi azərbaycanlı olan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb ki, onlardan da biri azərbaycanlıdır.

Şahidlərin sözlərinə görə, fiziki qarşıdurmaya səbəb siqaret olub. Dava zamanı soyuq silahlardan istifadə olunduğu bildirilir.

Faktla bağlı Tetritskaro Rayon Polis İdarəsində araşdırma aparılır/Report. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}