Bu şəxs Bakıda avtobuslarda 40-a yaxın sərnişinin cibindən oğurluq edib - Foto
Tarix: 19-02-2020 13:49 | Bölmə: Cəmiyyət
Bu şəxs Bakıda avtobuslarda 40-a yaxın sərnişinin cibindən oğurluq edib

Bakıda sərnişin avtobuslarında 40-a yaxın sərnişinə qarşı cibgirlik edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Reytng.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxs saxlanılıb.

Əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12,46 və s. xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.

F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

F.Kərimovun Xətai, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}