Pulların üzərində təhlükəli bakteriyalar aşkarlanıb: əskinaslar yuyulacaq
Tarix: 20-02-2020 08:54 | Bölmə: Cəmiyyət
Pulların üzərində təhlükəli bakteriyalar aşkarlanıb: əskinaslar yuyulacaq

Bütün dünyanı narahat edən virus infeksiyaları xəstəliklərinin yayılmasında, əldən-ələ dolaşan nəğd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir.

Reyting.az
xəbər verir ki, Oksford Universitetinin elm adamları tərəfindən Avropanın 15 ölkəsi üçün həyata keçirdikləri araşdırmada pulların üzərindəki bakteriayaların miqdarı ortaya çıxarılıb.

Elmi araşdırma nəticəsində pulların üzərində 26 mindən çox bakteriya olduğu təsdiqlənib. Bu bakteriyalar arasında, tənəffüs və bağırsaq sistemində infeksiyalara səbəb olan bakteriyalar da var.

Virus xəstəliklərinin yayıldığı dövrdə mikrob və bakteriyalardan xilas olmaq üçün bəzi ölkələrdə nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi üzrə çalışmalara başlanılıb.

Alimlər bildirib ki, hətta ən yeni pulun üzərində belə 2.400-ə yaxın bakteriya var.(Medicina.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}