23:46 / 17-11-2025
Hindistan ABŞ-dan təbii qaz alışını artıracaq
23:24 / 17-11-2025
Leyla Əliyeva festivalın açılışında iştirak edib - Fotolar
23:09 / 17-11-2025
Bakıda yeniyetmə qətlə yetirilib
20:24 / 17-11-2025
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq edilib
18:17 / 17-11-2025
Nazir: "Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr..."
18:14 / 17-11-2025
Dünyanın ən bol sulu çayları hansılardır?
18:04 / 17-11-2025
Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
18:00 / 17-11-2025
Vergi Xidmətində kadr dəyişikliyi olub
17:53 / 17-11-2025
Özbəkistan rəsmisi: "Azərbaycanın Mərkəzi Asiya formatına qoşulması..."
17:27 / 17-11-2025
Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı fərman verilib
17:23 / 17-11-2025
Gürcüstan Ukraynanı ittiham edir
17:00 / 17-11-2025
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
16:49 / 17-11-2025
Millimizin oyunlarının təqvimi müəyyənləşib
16:30 / 17-11-2025
Maliyyə İdarəetmə Sistemi yaradılacaq
16:07 / 17-11-2025
Keçmiş baş nazir edam cəzasına məhkum edilib
16:02 / 17-11-2025
Avropa Birliyi Türkiyə ilə dialoqu vacib sayır
15:57 / 17-11-2025
Sosial şəbəkədə yüzlərlə şəxsi aldadan şəxslər ifşa edilib
15:52 / 17-11-2025
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır"
15:44 / 17-11-2025
Mikayıl İsmayılovun oğlu axtarışa verilib
15:37 / 17-11-2025
"Qarabağ" azarkeşlərə müraciət edib
15:36 / 17-11-2025
XİN: "Minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir"
15:06 / 17-11-2025
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
15:02 / 17-11-2025
Nazirlik: “Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi”
14:57 / 17-11-2025
Ukraynanın 5 bölgəsində enerji infrastrukturuna hücum olub
14:56 / 17-11-2025
Məmur icra başçısının müavinini döyüb
14:50 / 17-11-2025
Ümrə yolunda qəza: Səudiyyə Ərəbistanında 45 nəfər ölüb
14:42 / 17-11-2025
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri vahid platformaya çevrilir
14:25 / 17-11-2025
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
13:57 / 13-11-2025
Xocalının daha iki kəndinə köç karvanı gedib - Fotolar
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
12:34 / 13-11-2025
Təhlükəli virus yayılır - Xəbərdarlıq
22:57 / 13-11-2025
DÇ-2026: Azərbaycan yığması uduzub
08:49 / 13-11-2025
Qod Nisanovun böyük biznesi: “Food City” SVX-nin ətrafında kimlər fırlanır? - Fotolar
Tarix: 09-04-2020 14:24 | Bölmə: Cəmiyyət

Moskva meri Sergey Sobyaninin, əslən azərbaycanlı iş adamı Qod Nisanovun yaratdığı milyardlıq “Food City” biznesində payı olduğu bildirilir.
Reyting.az xəbər verir ki, belə bir iddia ilə “Nezıqar” teleqram-kanalı çıxış edib.
“The Moskow Post” saytında Anna Arxangelskaya isə yazır ki, FGX-nin (Federal Gömrük Xidməti) keçmiş rəisi Andrey Belyaninovun və adı qalmaqallı işləri “yoluna qoymaqda” hallanan kommersant Kamo Avaqumyanın da bu “işdə” iştirakları ehtimal olunur. Yəni belə bir şey mümkündür?!
“The Moscow Post”un müxbirləri bu məsələnin dərinliyinə baş vurmağa və Nisanovun aktivlərindən daha kimlərin “qidalandığını” aydınlaşdırmağa çalışıblar:
“Məsələn, Belyaninov çətin ki təkbaşına “işləyir”. FGX-nin keçmiş şefinin adı o qədər qalmaqallı işlərdə hallanıb ki, güclü “himayədarı” olmasaydı, yəqin ki, çoxdan “içəridə” olardı. O halda isə “Rostex” şefi Sergey Çemezovun maliyyə maraqları aşkara çıxa bilərdi, çünki sabiq gömrükçü onlar barədə lap çoxdan məlumatlıdır. Bundan başqa, Çemezov, Kamo Avaqumyanın biznes strukturlarına milyardlıq müqavilələr “hədiyyə edib”! Axı “həm bizimkilərin, həm də sizinkilərin” Qod Nisanovun paytaxtdakı “yem təknəsindən” yeməsi asan məsələ deyil!”
“The Moscow Post” yazır ki, Moskva merinin Nisanovun, yaxud İliyevin biznes işlərinə “sevgisi” açıq-aşkar saysız-hesabsız inşaat layihələri barədə car çəkir. Kommersantların “Zaryadye” parkında iki restoranları, bu parkın yaxınlığındakı Varvarka küçəsində çoxfunksiyalı, hoteli olan kompleksləri var:
Velozavodsk bazarının, Şelkovsk avtovağzalının, “Olimpiyskiy” kompleksinin yenidən qurulması layihələri də onların əlindədir. Bundan başqa, “Moskva”, “Sadovod”, “Food City” bazarları, “Qrand” biznes mərkəzi, “Panorama” ticarət mərkəzi, “Radisson Royal Moscow” turizm firması da onlara aiddir və siyahı bunlarla bitmir.
Lakin Nisanovun gözləri, deyəsən, doymaq bilmir. O, öz əbədi tərəfdaşı Zarax İliyevlə birlikdə başqalarının layihələrini də “qapazlamağı” bacarır. Belə bir oyunu onlar “SDI Qrup”un həmtəsisçisi İlqar Hacıyevin başına açıblar. Hacıyevin dediyinə görə, onların ucbatından bütün tikinti biznesi tamamilə əlindən çıxıb.
Hazırda İlqar Hacıyev Londondadır, çünki Rusiyada ona qarşı bir neçə cinayət işi qaldırılıb. Nisanov bu işdə köhnə biznes şəriklərindən olan Albert İmanilovun köməyindən istifadə edib. İlqar Hacıyevin biznesinin necə “qəsb olunması” haqda “The Bell” saytı ətraflı yazıb.
İliyev və Nisanov leqal fəaliyyət göstərməyi o qədər də xoşlamırlar. Ancaq bu məsələdə maraq doğuran başqa bir şeydir. İnternetdə “Food City”, xüsusilə də, Qod Nisanov və Sergey Sobyanin münasibətləri haqqında yayılan çarxda Hacıyev şəhər başçısının onlarla şərikli işlərindən danışıb. Hacıyev deyib ki, “məndə Nisanovun Sobyaninə bütün əməliyyatlardan 12 faiz verməsi haqda bütün sənədlər və sübutlar var. Şirkətin ümumi dövriyyəsinin 12 faizi Sobyaninə çatırdı. Özü də nağd pul şəklində. Bu pulları nağdlaşdırmaq üçün biz Nisanovun komandasına əlavə olaraq 18 faiz ödəyirdik. İsayın (Zaxaryayevin) bu pullarını isə adamlar “Sadovod” vasitəsilə gətirirdilər.
Hacıyevin sözlərinə inanmaq olarmı? Onda belə çıxır ki, Sergey Sobyaninin həqiqətən Nisanovun işlərindən və “işdəklərindən” xəbəri var və biznesmenin zibillərini ört-basdır edərək və büdcədən xımır-xımır qoparıb yeməyə davam edir? Həm də bunları edərkən Nisanovun kriminal dairələrlə əlaqələri barədə yayılan şayiələrə məhəl qoymur?! Bəlkə, söhbət həqiqətən “yağlı tikədən”, sanballı paydan gedir?

Nisanov Moskva meri ilə ümumi dil tapıb?
“Food City” bazarında doğrudanmı Qod Nisanovla birlikdə “Avilon” diler holdinqinin qalmaqallı sahibləri Kamo Avaqumyan və Aleksandr Varşavski də “işləyə” bilərlər? Bundan başqa, bu cütlük zarafata salıb himayədarı da təmin edəcək? Məsələ burasındadır ki, “Avilon AQ” (Avtomobil Qrupu) güc strukturlarının ən iri tədarükçüsüdür. Təkcə Rusiya DİN ilə ümumi məbləği 5,5 milyard rubla bərabər 42 müqavilə bağlayıb! Müqavilələrin ümumi məbləği isə 26 milyard rubldan çoxdur.
Bundan əlavə, “Sənədlər və Faktlar” informasiya agentliyinin verdiyi məlumata görə, Kamo Avaqumyan 2008-ci ildən etibarən Ermənistan Baş prokurorluğunun Rusiyada rəsmi nümayəndəsidir. Avaqumyan qətlə yetirilmiş Rusiya Baş prokurorunun müavini Saak Karapetyanı tanıdığını etiraf edib, ancaq bu tanışlığın təsadüfi və uzaq olduğunu bildirib. Lakin eyni münasibətin “Taşir” qrupunun sahibi digər Karapetyan – Samvel ilə də olduğunu söyləmək çətindir.
Məsələ burasındadır ki, Avaqumyan 42,5 faizi “Amiensa Holdings” ofşor şirkətinə (bu şirkəti sabiq Baş prokurur Yuri Çaykanın oğlu Artyom Çayka bir saniyəlik açmışdı) aid olan yunan hoteli “Pomegranate Wellness Spa”nın səhmlərinin yarısına sahibdir. Avaqumyan məhz “Mənim küçəm” (“Моя улица”) proqramı çərçivəsində həyata keçirilən paytaxt podratlarının ən iri icraçısı Samvel Karapetyanın göndərişi ilə hotelə şərik olub. Belə bir “fərasətli adam” Nisanov və Sobyaninə də onların heç də asan olmayan işlərində köməklik göstərə bilər.
Elə bu yerdəcə daha bir personajın adı da suyun üzünə çıxır. “Kommersant” qəzetinin verdiyi informasiyaya görə, 2016-cı ildə Aleksandr Varşavskinin (deməli, həm də Kamo Avaqumyanın) biznes tərəfdaşı axtarışda olan Artur Asatryanın oğlu Yegiya oldu. Güc strukturları isə “Ded Xasan” ləqəbi ilə tanınan kriminal avtoritet Aslan Usoyanın qətli ilə əlaqədar Artur Asatrayana qarşı “silahlandılar”. Belə çıxır ki, təkcə Qod Nisanovla deyil, Sergey Sobyanın ilə də “dostluq” münasibərləri güman olunan biznesmenlərin kriminal keçmişləri onlardan əl çəkmir.
Avaqumyan və Varşavskinin “Avilon” şirkətinin bir zamanlar “Probiznesbanka” faizlə pul verdiyini də xatırlamaq yerinə düşər. Kredit müəssisəsi 2015-ci ildə dağıldı və bankın sahibləri olan Sergey Leontyev ilə Aleksandr Jeleznyak “Avilona” olan 100 milyon dollar borclarını ödəməyib, ABŞ-a qaçdılar! Bəlkə, maliyyə kollapsı bank vasitəsilə o qədər də leqal olmayan tranşların həyata keçirilməsi ucbatından baş verdi? Bəlkə “Food City”də də eyni üsuldan istifadə olunur?
Yeri gəlmişkən, Avaqumyan daha bir maraqlı aktivə sahibdir: taksi parkına, Kamo Avaqumyanın ortancıl oğlu Karenin “Alfa Qrant” və “Riko” marşrut daşımalarına (3 milyard rubl), əvvəllər kiçik oğlu Hamletə məxsus olan “MKM-Logistik” firmasına (zibil daşınması məqsədilə 15 illik müqavilə çərçivəsində 40 milyard rubl ayrılıb) xidmət göstərmək üçün Moskva hökümətindən maliyyələşən “Solt” şirkəti. Adamın bəxti gətirəndə gətirir də!..
Bundan başqa, “Solt” şirkəti “Rostex” ilə də böyük bir müqavilə bağlayıb. Bununla belə, podratın rəsmiləşdirilməsi zamanı şirkətin göstəriciləri ürəkaçan olmayıb, gəlirin azalması müşahidə olunub. Maraqlıdır, bəs Sergey Çemezov kiminlə müqavilə bağladığını bilmirdi? Yoxsa sadəcə, paytaxtın nəhəng “yem təknəsinə” girmək istəyirdi?

Çemezov nəyi yaddan çıxarıb?
Çemezov sabiq FGX şefi Andrey Belyaninov vasitəsilə “Foof City”də paya malik ola bilərmi?
Xatırladaq ki, kütləvi axtarışlar zamanı sabiq gömrükçünün bağ evindən ayaqqabı qutularında iri məbləğdə pul, qızıl kərpiclər və beş qatqısız mədən qızılı külçəsi tapılmışdı. Bundan savayı, Belyaninov biznesmen Dmitri Mixalçenko ilə əlbir olaraq saxta spirtli içki istehsalında və “Rostek” FDUM-un (Federal Dövlət Unitar Müəssisəsi) pul köçürmələrini təkrar rəsmiləşdirməkdə şübhəli bilinir.
Lakin “ayaqqabı” ustasına heç bir cəza verilmədi. Görəsən, Çemezov “lobbisinin” bunda rolu oldumu? Axı onlar əvvəllər “Rosoboroneksport”da (“Rostex”də) bir yerdə işləyiblər. Bundan başqa, Belyaninov bir vaxtlar “Rostex”ə aid Novikombankda rəhbər vəzifələr tutub. Belə olduğu halda, keçmiş gömrükçünün toxunulmaz şəxs olduğunu söyləmək mümkündürmü?
Belyaninovun əvvəlki əlaqələrini itirdiyini söyləmək çətindir. Yəqin ki, gömrükçülərlə də münasibətlərini qoruyur. Deməli, mallar Nisanovun bazarına xüsusi problemlər və yoxlamalar olmadan axa bilər. “Büdcə masası” ətrafına Qod Nisanovun rəhbərliyi altında yaxşı bir dəstə toplaşıb. Paytaxt “başbilənləri” maliyyə tranşları təşkil edir, ləkəsiz reputasiyaya malik biznesmenlər isə öz paylarını sakitcə alıb, yüz milyonlarla rubl vəsaitləri “yuyurlar”. Bütün bu melodiya da cənab Çemezov ilə güc strukturları cənablarının müşayiəti altında səslənir.
My Webpage
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:14
Dünyanın ən bol sulu çayları hansılardır?
Bu gün, 14:50
Ümrə yolunda qəza: Səudiyyə Ərəbistanında 45 nəfər ölüb
Bu gün, 13:04
İmişlidə karxanada qəza: sürücü ölüb
Bu gün, 12:07
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 10:02
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
Bu gün, 09:28
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Bu gün, 06:01
Dünyanın ən nəhəng abidələri
15-11-2025, 22:22
Bakıda yaşayış binasında yanğın olub - Video
15-11-2025, 09:08
Dəyəri 90 milyon dollardan çox olan heroin aşkar edilib - Fotolar
14-11-2025, 15:24
"Bakı Metropoliteni"ndə departament rəisi vəzifəsinə təyinat olub
14-11-2025, 14:42
Bakıda narkotik satışı ilə məşğul olunanlar saxlanılıb
14-11-2025, 14:01
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
14-11-2025, 12:20
Sabah hava necə olacaq? - Proqnoz
14-11-2025, 11:19
Xidmətə yararsız gənci əsgərliyə göndərən həkimlər cəzalandırılıb
14-11-2025, 10:35
Faciəli şəkildə həlak olan jurnalist sabiq məmurun oğlu imiş
14-11-2025, 08:35
Təyyarə qəzasında həlak olan hərbçilərin cənazələri Türkiyəyə gətirilib
13-11-2025, 20:26
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
13-11-2025, 17:03
Qıjı bitkisindən nadir mineral əldə edilib
13-11-2025, 15:21
Jurnalist Emin İbrahimov Türkiyədə qəzada ölüb
13-11-2025, 15:15
22 minə yaxın şəxs qripə qarşı peyvənd olunub
13-11-2025, 13:12
MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək
13-11-2025, 13:08
Nazir: “Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq”
13-11-2025, 12:22
Təyyarə qəzasında həlak olan son şəhidin cəsədi tapılıb - Fotolar
13-11-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
13-11-2025, 12:08
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edilib
13-11-2025, 11:09
Sabiq deputat: "Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır"
13-11-2025, 09:09
Mars haqqında yeni elmi məlumatlar əldə edilib - Fotolar
12-11-2025, 17:28
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlanıb
12-11-2025, 16:56
Rüfət Hacıyevə hökm oxunub, əmlakı müsadirə olunub
12-11-2025, 16:48
İş adamının bahalı avtomobillərinə həbs qoyulub
12-11-2025, 15:03
"UĞUR 777 estetik mərkəzi"nin rəhbərliyinə cinayət işi açılıb
12-11-2025, 14:42
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
12-11-2025, 12:23
Sabahın hava proqnozu açıqlanıb
12-11-2025, 10:00
Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub - Video
12-11-2025, 08:21
Süni intellektin məntiqi yaddaşdan güclüdür
12-11-2025, 07:32
Rus robotu ilk təqdimat zamanı yıxılıb
10-11-2025, 23:09
Neftçala bazarında baş verən yanğın söndürülüb
10-11-2025, 13:00
Sabah hava necə olacaq? - Proqnoz
9-11-2025, 14:18
Sabahın hava proqnozu açıqlanıb
7-11-2025, 17:38
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçəcək
7-11-2025, 14:10
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək