19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Təqaüd kartlarından pul oğurlayanlar saxlanıldı
Tarix: 20-05-2020 11:37 | Bölmə: Cəmiyyət
Təqaüd kartlarından pul oğurlayanlar saxlanıldı

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.

RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.




Bölməyə aid digər xəbərlər