Azərbaycanlıların işini araşdıran istintaq komitəsinin rəhbəri qəzaya uğrayıb
Tarix: 18-06-2020 11:08 | Bölmə: Cəmiyyət
Azərbaycanlıların işini araşdıran istintaq komitəsinin rəhbəri qəzaya uğrayıb

Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Oleq Potanin Dağıstanın Qayakənd rayonunda avtomobil qəzasına düşüb.

“Çernovik” xəbər verir ki, O.Potaninlə birgə avtomobildə Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İstintaq İdarəsinin rəisi general Oleq Vasilyev də olub.

Məlumata görə, onların hər ikisi xidməti zirehli avtomobildə azərbaycanlıların kütləvi şəkildə aksiya keçirdiyi sərhədyanı bölgəyə gedirlərmiş.

Bildirilir ki, avtomobilin aşması nəticəsində O.Vasilyev bir neçə sınıqlar alıb. O.Potaninin vəziyyəti isə ağırdır/Report.  




Bölməyə aid digər xəbərlər
29-10-2024, 12:05 Sabah yağış yağacaq
28-10-2024, 13:25 Sabah yağış yağacaq
26-10-2024, 12:08 Sabah yağış yağacaq