Müharibə əlilinin ailəsi acınacaqlı vəziyyətdədir - Video
Tarix: 18-06-2020 18:03 | Bölmə: Cəmiyyət
Müharibə əlilinin ailəsi acınacaqlı vəziyyətdədir - Video

Böyük Vətən müharibəsində əlil olmuş və 1968-ci ildə Azərbaycanda vəfat etmiş Baxşiyev İsmiəli Məmməd oğlunun 90 yaşlı həyat yoldaşı artıq neçə illərdir ki, acınacaqlı vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

Bu barədə Reyting.az-a mərhum İsmiəli Baxşiyevin qızı Bəstiqız Baxşiyeva məlumat verib.

Məlumata görə, müharibə əlili olmuş mərhum İsmiəli Baxşiyevin həyat yoldaşı, 1931-ci il təvəllüdlü Kifayət Malik qızı Qurbanova artıq 30 ildir ki, ciddi sosial problemlə üzləşsə də, aidiyyatı qurumlar tədbir görmək istəmirlər.

Biləsuvar rayonunun Bəydili kəndində (M.F.Axundov küç., 85) yaşayan anasının ağır sosial vəziyyətini əks etdirən videogörüntünü redaksiyamıza təqdim edən Bəstiqız Baxşiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan problemin həllində kömək istəyir:



Müharibə əlilinin ailəsi acınacaqlı vəziyyətdədir - VideoMüharibə əlilinin ailəsi acınacaqlı vəziyyətdədir - Video




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}