09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İyulun 29-da Həcc mərasimi başlayır
Tarix: 21-07-2020 16:22 | Bölmə: Cəmiyyət / Xəbərlər
İyulun 29-da Həcc mərasimi başlayır

Səudiyyə rəsmiləri 2020-ci il Həcc ziyarətinin iyulun 29-da başlayacağını və təxminən 1000 zəvvarın ziyarətdə iştirak ediləcəyini açıqlayıb.

Reyting.az
“əl-Cəzirə”-yə istinadla xəbər verir ki, mərasim səhiyyə qaydalarına ciddi şəkildə riayət olunmaqla keçiriləcək. Həcc bitdikdən sonra zəvvarlar karantinə alınacaq.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il Həcc ziyarətində yalnız 65 yaşdan aşağı olanlar, xroniki xəstəlikləri və s. olmayanlar iştirak edə bilər.

Səudiyyə rəsmiləri bu il Həcc ziyarətinə cəmi min Səudiyyə vətəndaşı və ölkəyə gələn əcnəbinin qatılacağını elan etsə də, bəzi xəbər mənbələri ziyarətə 10 min zəvvarın qatılacağını bildirib.

Dünyadakı milyonlarla müsəlmanı Səudiyyə Ərəbistanına gətirən Həcc və Ümrə krallığa ildə 12 milyard dollar gəlir gətirir.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb